VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Transfer pəncərəsi”nin son günündə fəallığını artıran “Qarabağ” hücum xəttini gücləndirməkdə israrlıdı.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu ölkədə çıxış edən daha bir oyunçunun keçidini həll etmək niyyətindədi.

PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürməyə hazırlaşan Azərbaycan çempionu “Olimpiakos”un hücumçusu Kərim Ansarifard üçün də qarşı tərəflə danışıqlar aparır.

Klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı forvard özü də bu keçidin tərəfdarıdı. Çünki Ansarifard gələn il keçiriləcək dünya çempionatında İran millisinin düşərgəsinə hazır yollanmaq istəyir. “Qarabağ” Pedro kimi, onu da icarəyə götürmək niyyətindədi.

Qeyd edək ki, “Olimpiakos”a bu ilin yanvarında “Panionios”dan keçən Kərim Ansarifardın klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

BAKU.WS