SİZİN REKLAM BURADA!
055 213 76 73



Elxan Abdullayevin gedişindən sonra "Neftçi"nin əsas komandasında həmkarını əvəzləyən Elşad Əhmədov postunda qalacaq.

BAKU.WS Fanat.Az xəbər verir ki, rəhbərlik klubun əvəzedici komandasının da baş məşqçisi olan Əhmədova şans vermək niyyətindədi.

Belə ki, "ağ-qaralar" menecerlərin təklif etdiyi bir neçə baş məşqçidən imtina edib və hazırda Bakı təmsilçisi yeni mütəxəssis axtarışında deyil. Ölkənin istedadlı məşqçilərindən sayılan, buna rəğmən, indiyədək elita səhnəsində sözünü demək şansı qazanmayan çalışdırıcı qarşıdakı oyunlarda iş başında olacaq. Onun qış fasiləsinədək fəaliyyətini eyni qaydada sürdürməsi planlaşdırılır. Ümidləri doğruldacağı, halda əsas komandada qalacaq.

"Dubl" isə başqa çalışdırıcıya həvalə ediləcək.

BAKU.WS