VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev "Qarabağ" klubunun futbolçusu Əfran İsmayılovu tənqid edib.  

BAKU.WS futbol11.az-a istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində komandaya, eləcə də Azərbaycan xalqına müraciət edən ölkə başçısı bunu böyük nailiyyət kimi qiymətləndirmişdi. Tədbirin qeyri-rəsmi hissəsində ölkə Prezidentinin futbolçu heyəti ilə səmimi dialoqu da olub. Bu dialoqlardan biri ölkə başçısı ilə son vaxtlar təzyiqlərə məruz qalan Əfran İsmayılov arasında reallaşıb.

Prezident İlham Əliyevin “səni izləyirəm, yaxşı driblinqlərin və sürətin var” deyib. Ölkə başçısının “cərimə meydançasının yanında və arxada top çox saxlama” deməsi isə bütün komandanın gülüşünə səbəb olub. Əfran İsmayılov “Qarabağ” və Azərbaycan milli komandasının əsas üzvüdür.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinə düşməklə tarixi uğura imza atan “Qarabağ” klubunu ölkə başçısı cənab İlham Əliyev qəbul etmişdi

BAKU.WS