Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

BAKU.WS-in məlumatına görə, iclasda Premyer Liqanın III turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Premyer Liqanın III turunun “Neftçi” - “Kəpəz” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“İnter” - “Səbail” matçının 63-cü dəqiqəsində “İnter” klubunun 33 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” - “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

BAKU.WS