VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Braziliyalı yarımmüdafiəçi Pedro Enrike “Qarabağ” futbol klubuna keçməyə yaxındır.

BAKU.WS-in virtualaz.org-a istinadən verdiyi məlumat görə, bu barədə Yunanıstan mətbuatı məlumat verib.

İsveçrənin “Sürix” və Fransanın “Renn” klublarının keçmiş futbolçusu hazırda Yunanıstanın PAOK komandasına məxsusdur. “Qarabağ” yunanlara Pedro Enrike üçün bir illik icarə və sonradan 3 milyon avroya almaq imkanı variantı təklif edib.

PAOK braziliyalı futbolçunu bu ilin yanvar ayında “Renn”dən 1,6 milyon avroya əldə edib. Bu vaxt ərzində o, klubda 16 oyun keçirib və 4 qol vurub.

27 yaşlı futbolçunun “Qarabağ”a transferi ilə bağlı danışıqlar davam edir.

BAKU.WS