VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur amerikalı rinq ustası, WBC,WBA, IBF və WBO versiyaları üzrə mütləq dünya çempionu Floyd Meyvezer və yüngül çəkidə UFC qalibi irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, Las-Veqasda baş tutan böyük görüş Floyd Meyvezerin qələbəsi ilə yekunlaşıb. 

Əldə olunmuş razılığa əsasən qarşılaşma boks qaydalarına uyğun keçiriləcək. Maraqlıdır ki, Makqreqor karyerası boyunca heç vaxt boks qaydalarına uyğun döyüşməyib. UFC-də 24 görüşə çıxan Konor Makqreqor bunların 21-də rinqi qələbə ilə tərk edib. Onun aktivində 3 məğlubiyyət də var.

Qeyd edək ki, Meyvezer peşəkar karyerasına 2015-ci ildə son qoyan amerikalı boksçu məhz irlandiyalı ilə qarşılaşmaq üçün yenidən rinqə çıxıb. Karyerası ərzində 49 döyüşə çıxan Meyvezer bu görüşünü də qalib başa vurub və rəqəmi 50-yə çatdırıb.

BAKU.WS