VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb: "Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Xatırladaq ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

BAKU.WS