SİZİN REKLAM BURADA!
055 213 76 73



"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidi". BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdam klubunun qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu "Çelsi", "Atletiko" və "Roma" ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Klubun rəsmi saytına açıqlama verən Qurbanov püşkü dəyərləndirib: "Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridi. Bu turnirdə təcrübə qazanıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

BAKU.WS