VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq. "Parken" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtıyla 22:45-də start götürəcək.

"Kopenhagen" klubu möhtəşəm azarkeş dəstəyi ilə ev oyunlarında daha yaxşı nəticələr göstərir. Xüsusilə, xanım azarkeşlər klubun doğma stadionunda keçirdiyi oyunlara maraq göstərir. 

Qitənin ən ali turnirində pley-offa vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan "Qarabağ"ımız bu gün çılğın "Kopenhagen" azarkeşləri qarşısında mübarizəyə çıxacaq.

İlk oyunda 1:0 hesabıyla qalib gələn komandamız bu gün sərfəli nəticə qazanarsa, Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açacaq.

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. “Parken” stadionu

BAKU.WS