"Birinci oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. Rəqib ilk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik".

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah "Kopenhagen"in qonağı olacaq.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov öz fikirlərini bildirib. O, sabah komandasını çətin görüş gözlədiyini etiraf edib: "Rəqib komanda azarkeşlərinin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, bu komandaların Bakıda baş tutan ilk duelində "Qarabağ" 1:0 hesablı qələbəyə sevinib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ