SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev növbəti uğurunu qazanıb.

Quliyev Böyük Britaniyanın Birmingem şəhərində keçirilən “Brilliant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda hamıdan sürətli olub.

20,17 saniyə nəticə göstərən Ramil qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, ikinci yerdə ABŞ idmançısı Amir Uebb (20,26 saniyə), üçüncü yerdə isə kanadalı Aaron Braun (20,30 saniyə) yer alıb.

Qeyd edək ki, Ramil Quliyev avqustun 11-də Londonda atletika üzrə dünya çempionatında da 200 məsafəyə qaçışda qızıl medal qazanmışdı.

BAKU.WS