VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Böyük Britaniyanın kişilərdən ibarət komandası Londondakı dünya çempionatında 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.

Ev sahibləri əsas favorit sayılan ABŞ-ı 0,05 saniyə qabaqlayıblar.

Bürünc medalçı isə Yaponiya olub.

Yamayka komandasına gəldikdə, Useyn Bolt estafet çubuğunu üçüncü qəbul edib. Lakin özünün sonuncu mərhələsini zədə üzündən başa vura bilməyib. Beləliklə, Boltun karyerasındakı sonuncu qaçış komandasının diskvalifikasiyası ilə yekunlaşıb.

Qeyd edək ki, Useyn Bolt Londondakı dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Onun qatılmadığı 200 metr məsafəyə qaçışın qalibi Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev olub. Bolt 8 qat olimpiya və 11 qat dünya çempionudur.
 
Report
BAKU.WS