Gürcüstanın Batumi şəhərində keçirilən kungfu turniri Azərbaycan idmançısının parlaq qələbəsilə yadda qalıb. 


BAKU.WS-in məlumatına görə, turnirin finalında Azərbaycan idmançısı Babək Əliyev erməni rəqiblə qarşılaşıb. Döyüşün əvvəlindəcə Babək Əliyevin ayaqla vurduğu zərbə nəticəsində erməni döyüşçü nokauta düşüb. Bir neçə həkimin və komanda yoldaşlarının köməkliyi ilə çətinliklə ayağa qalxan erməni idmançı qalibin elan olunması mərasiminə də qatıla bilməyib. 


İdmançımız jest edərək qalib gəldiyi döyüşçüyə əl verərək görüşüb. 

 

Azad Əliyev  

BAKU.WS