VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin Çempionlar Liqasındakı təmsilçisi "Qalatasaray" Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb.
 
BAKU.WS-in məlumatına görə, son 2 matçda aldığı 1 xaldan sonra qrupda zəif təsir bağışlayan "Cim-Bom" öz meydançasında "Benfika"nı məğlub etməyi bacarıb. Matçın 2-ci dəqiqəsində qapısından top buraxan "Qalatasaray" matçı 2-1 qazanmağı bacarıb.

Avropadakı 10 matçlıq qalibiyyət həsrətinə son verən türklər Çempionlar Liqasında "mən də varam" deyib. Matçın 19-cu dəqiqəsində Səlcuq İnanın penaltısı ilə bərabərlik qolunu vuran türklər ikinci qolu 33-cü dəqiqədə atıb. Çedjunun möhtəşəm pası ilə hücuma çıxan Podolski topu qapıçının ayaqları arasında ataraq hesabı 2:1-ə çatdırıb. İkinci hissədə də bir neçə qol şansı əldə etməsinə baxmayaraq "Qalatasaray" hesabı artıra bilməyib. 
 
Cim-Bom beləcə həm ÇL.-də 3-cü həftə sonunda xalını 4-ə yüksəldib. Son iki oyunda 6 xal toplayan "Benfika" isə evə əliboş qayıdıb. Qrupdakı digər matçda "Atletiko" evində "Astana"nı 4:0 hesabı ilə məğlub edib. 
 
Şahin Həbibov
BAKU.WS