VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

BAKU.WS "Qafqazinfo”ya istinadla xəbər verir ki, dünən bir oyun baş tutub. Qitənin ən nüfuzlu turnirindəki təmsilçimiz "Qarabağ” Tiraspolda evdə qolsuz bərabərə qaldığı "Şerif”i məğlub edərək (2:1) tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb.
 
Bu gün keçiriləcək 14 oyunla pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək. Bu cütlərdən 9-u "Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparır. Azərbaycan çempionu pley-offa yüksəlsə, məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək.
 
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
 Çempionlar yolu 

 
21:00. BATE (Belarus) - "Slaviya” (Praqa, Çexiya)
İlk oyun – 0:1
 
21:00. APOEL (Kipr) - "Vitorul” (Rumıniya)
İlk oyun – 0:1
 
22:00. "Kopenhagen” (Danimarka) -  "Vardar” (Makedoniya)
İlk oyun - 0:1
 
22:30. "Ludoqorets” (Bolqarıstan) - "Hapoel” (Beer Şeva, İsrail)
İlk oyun – 0:2
 
22:30. "Hafnarfyordur” (İslandiya) - "Maribor” (Sloveniya)
İlk oyun – 0:1
 
22:45. "Olimpiakos” (Yunanıstan) - "Partizan” (Serbiya)
İlk oyun – 3:1
 
22:45. "Legiya” (Polşa) - "Astana” (Qazaxıstan)
İlk oyun – 1:3
 
22:45. "Riyeka” (Xorvatiya) - "Zalsburq” (Avstriya)
İlk oyun – 1:1
 
22:45. "Rusenborq” (Norveç) - "Seltik” (Şotlandiya)
İlk oyun – 0:0
 
Liqa yolu
 
21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)
İlk oyun – 2:0
 
21:45. "Başakşəhər” (Türkiyə) - "Brügge” (Belçika)
İlk oyun – 3:3
 
22:15. "Viktoriya” (Çexiya) - "Styaua” (Rumıniya)
İlk oyun - 2:2
 
22:15. "Yanq Boyz” (İsveçrə) - "Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun – 1:3
 
22:45. "Ayaks” (Hollandiya) - "Nitsa” (Fransa)
İlk oyun – 1:1
 
BAKU.WS