VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

UEFA Çempionlar Liqasında pley-off-a vəsiqə qazanan "Qarabağ” maddi cəhətdən də xeyli irəli düşüb. "Qafqazinfo” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinə 2-ci mərhələdən start verən Ağdam klubu 3 milyon 320 min avro qazanıb. 

BAKU.WS qafqazinfo.az-a istinadən xəbər verir ki, ikinci mərhələdə Gürcüstan "Samtredia”sını məğlub edən "Qarabağ” 320 min avronu əl etmişdisə, dünən "Şerif” üzərindəki qələbə Azərbaycan təmsilçisinə daha 3 milyon avro qazandırıb. 

Komandamız qrup mərhələsində adlayarsa, daha 12 milyon 700 min avro irəli düşəcək. 

Qeyd edək ki, bu rəqəmlər 2016/2017-ci il mövsümündə müəyyən edilmiş rəqəmlərdir. Növbəti il üçün məbləğin artması mümkündür. 
 
BAKU.WS