SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə futbol yığmasının baş məşqçisi imperator ləqəbli Fatih Terim vəzifəsindən istefa verib.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Fatih Terim Türkiyə Futbol Federasiyası ilə razılığa gələrək istefa verib.

Fatih Terim futbolçu karyerasında Türkiyə millisinin və Qalatasarayda yarımmüdafiəçi kimi çıxış edib. Türkiyənin ən uğurlu məşqçisi Fatih Terim indiyədək xaricdə "Fiorentina” və "Milan” klublarının baş məşqçisi olub.

58 yaşlı mütəxəssis, 2013-cü ilin sentyabrın 24-nə qədər Qalatasaray klubuna rəhbərlik edirdi. Fatih Terim klub tərəfindən sentyabrın 24-ü istefaya göndərilib və Türkiyə millisinin baş məşqçi postuna gətirilib.
 
BAKU.WS