SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 

"Komandamızın bütün futbolçuları - həm legionerlər, həm yerlilər əlindən gələni etməlidir ki, Mxitaryan Bakıda qol vurmasın".  
 
BAKU.WS-in məlumatına görə, bu sözləri azerisport.az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərov deyib. O bildirib ki, Mxitaryana Bakıda fərqlənməyə imkan verməməliyik.
 
 
"Borussiya" (Dortmund) ilə oyun barəsində də danışan Samir sözlərinə belə davam edib:

"Borussiya" Avropanın nəhənglərindən hesab olunur. Bizə gəlincə, Avroliqanın qrup mərhələsinə təsadüfən düşmədiyimizi isbatlamışıq. "Borussiya"ya doğma meydanda uduzmamaq üçün əlimizdən gələni edəcəyik. "Qəbələ"nin tarixinə düşmək üçün hər şeyə hazırıq. Kimisə fərqləndirmək istəmirəm. Orada hər bir futbolçu Dortmund klubunda oynamağa layiqdir".
 
BAKU.WS