VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Barselona”nın yarımmüdafiəçisi Arda Turanla bağlı daha bir şok iddia ortaya atılıb.
 
BAKU.WS-in apasport.az-a istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçunun Türkiyə Futbol Federasiyası (TFF) rəhbərliyi ilə arasının dəyməsinin əsl səbəbi ortaya çıxıb.
 
Belə ki, Ardanın iyunun 6-da jurnalist Bilal Meşe ilə təyyarədəki sərt mübahisəsindən bir gün sonra istefa verən federasiyanın sabiq rəsmisi Yaşar Aşçıoğlu problemin kökündən danışıb.
 
O, yerli mətbuata açıqlamasında 2015-ci ilin noyabrında Qətər yığması ilə keçirilən yoldaşlıq görüşündən əvvəl Ardanın döyüldüyünü söyləyib. Aşçıoğlunun sözlərinə görə, sabiq kapitana xəsarət yetirən şəxs TFF prezidenti Yıldırım Dəmirörənin dostu olub.
 
Aşçıoğlu futbolçunun federasiya rəsmiləri və millidəki məşqçilər korpusu ilə yaşadığı problemlərin məhz həmin hadisədən qaynaqlandığını bildirib: "Problemin kökü Qətərə gedib çıxır. Yıldırım Dəmirörənin Kərəm adlı qonağı var idi. Federasiya prezidentinin dəvəti ilə Qətərə gedən Kərəm bəy oteldə Arda ilə yumruqlaşıb, futbolçunu döyüb. Türkiyəyə qayıdarkən hərəkətindən peşman olan həmin şəxs başqa təyyarə ilə dönmək qərarına gəlib. Lakin Dəmirörən dostunu israrla yığmanın olduğu təyyarəyə mindirib. Həmin qığılcım böyüdü və bunun güdazına Bilal Meşe getdi”.
 
Qeyd edək ki, jurnalistlə yaşanan qalmaqaldan sonra Arda Turan milli karyerasını bitirdiyini açıqlamışdı.
 
BAKU.WS