SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan yığmasının və Bakının "İnter” klubunun hücumçusu Rauf Əliyev oktyabrın 20-də müalicə məqsədilə Almaniyaya yola düşəcək.

AFFA-nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, uzun müddət Azərbaycan milli komandasının heyətində çıxış etmiş forvard AFFA-nın vəsaiti hesabına müalicə alacaq.

Belə ki, Almaniyanın Münhen şəhərində tibbi müayinənin ardından futbolçunu cərrahiyyə əməliyyatı gözləyir. R. Əliyev əməliyyatdan sonra təxminən 10 gün bu şəhərdə qalıb reabilitasiya kursu keçəcək.

Qeyd edək ki, hücumçu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə qarşılaşmanın son dəqiqələrində zədələnmişdi.
 
BAKU.WS