SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə ata olub.

Yenicag.az xəbər verir ki, portuqaliyalının əkiz övladları dünyaya gəlib.

Yayılan məlumata görə, surroqat ana süni mayalanma yolu ilə Ronaldonun 2 uşağını dünyaya gətirib. Körpələrə Mateo (oğlan) və Eva (qız) adı verilib. Onlar iyunun 8-də doğulublar.

Qeyd edək ki, forvardın böyük oğlu Ronaldo Juniorun 6 yaşı var. O da 2010-cu ildə surroqat anadan dünyaya gəlib. Ata Ronaldo hazırda ispaniyalı model Corcinya Rodriqezlə münasibətdədir. Maraqlıdır ki, modelin də hamilə olduğu bildirilir.
 
BAKU.WS