SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək. 

BAKU.WS xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək. 

Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib. 

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib: "Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək”.

BAKU.WS