SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Qəbələ"nin UEFA Avropa Liqasının Play-off mərhələsində Yunanıstanın köklü klublarından "Panatinaikos"la qarşılaşcaq.
 
BAKU.WS-in məlumatına görə, "Qırmızı-qaralar"ın rəqibi 20 qat Yunanıstan çempionudur. 18 dəfə Yunanıstan Kubokunu başı üzərinə qaldıran "Panatinaikos" 4 dəfə Yunanıstan Super Kubokuna sahib çıxıb. 
 
Yunan təmsilçisinin Avropada ən böyük uğuru Çempionlar Kubokunun finalına yüksəlmək olub. 1971-ci ildə finalda "Ayaks"la qarşılaşan "Panatinaikos" rəqibinə 2:0 hesabı ilə məğlub olaraq çempionluğu əldən vermişdi.
 
1908-cildə qurulan "Panatinaikos" "Olimpiakos"la birlikdə Yunanıstanın 2 ən titullu klubundan biridir. Klubda çıxış edən futbolçuların ümumi dəyəri 30 milyon avrodur.  

 

 

"Panatinaikos" son 4 oyununda yalnız bir dəfə qələbə qazanıb. 

 

 

BAKU.WS