SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Qarabağ” futbol klubunun rəsmi Facebook səhifəsi azarkeşlərinə müraciət edib. 

BAKU.WS-in məlumatına görə, klub azarkeşləri komandamızın Avropa Liqasının pley-offunda qarşılaşacaq İsveçrənin "Yanq Boyz” klubunun Facebook səhifəsinə söyüş yazmamağa çağırıb. 

"Hörmətli, xalqımız. 
Lütfən, rəqibin facebook səhifəsində artıq-əskik fikirlər yazmayaq. Alicənabalığımızı nümayiş etdirək. Onlara barbarlığımızla deyil, mədəniyyətimizlə örnək olaq.
mümkün qədər bu statusu paylaşaq, xalqımızın gözəl əxlaqını sərgiləyək”, - deyə müraciətdə bildirilir. 

Qeyd edək ki, ölkəmizi təmsil edən iki klub Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. "Qarabağ” İsveçrənin "Yanq Boyz”, "Qəbələ” isə Yunanınstanın "Panatinaikos” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. 
 
Azad Əliyev
BAKU.WS