055 213 76 73
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Uzur Juzupbekov olub.
Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
BAKU.WS