VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın dörd nümayəndəsi qızıl medal uğrunda yarışacaq.

BAKU.WS xəbər verir ki, Elxan Məmmədovdan və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da həlledici görüşdə iştirak hüququ qazanıblar.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev Oyunlarda ikinci qələbəsini qazanaraq finala yüksəlib. Atletimiz finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə üz-üzə gələcək.

Digər cüdoçumuz – "Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da ona bəslənilən ümidləri doğruldub. Yarımfinalda əlcəzairli Lyes Buyakubdan aşkar üstün olan cüdoçumuz rəqibini ipponla məğlub edib. Elmar Qasımov finalda ölkəmizin digər təmsilçisi Elxan Məmmədov ilə qarşılaşacaq.
 
BAKU.WS