SİZİN REKLAM BURADA!
055 213 76 73



22-23 aprel 2017-ci il tarixində  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş beynəlxalq yeniyetmələr arasında  "Nikoil Cup” reqbi turniri keçirildi.  
 
"NİKOYL” Bankın  sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 8 komanda iştirak edirdi. Bunlar: «Qarabağ», «Tiqrı», «TİSA Titans» (Azərbaycan), «Tsikara», «Mimino», «Vefxvebi» (Gürcüstan), «Drakonı», «Medvedi» (Rusiya) komandalarıdır. «Qarabağ» reqbi klubu, Azərbaycan Reqbi Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatın sponsoru kimi çıxış etdilər. 

Baş tutmuş görüş gənc reqbistlərin mübariz oyunu, dinamik oyun kombinasiyaları, dözümlü və baxımlı oyunu ilə tamaşaçıları sevindirdi. Turnirin qalibi Rusiyanın Penza şəhərinin «Drakonı» komandası oldu. İkinci yeri «Vefxvebi» (Gürcüstan), üçüncü yeri isə Gürcüstanın «Mimino» komandası tutdu.  

Belə tədbirlərə maliyyə dəstəyinin edilməsi  - Bankın sosial yönümlü siyasətinin ayrılmaz hissəsidir. Reqbi idman növünün təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni olmasına baxmayaraq, bu beynəlxalq turnirin keçirilməsi böyüməkdə olan nəslin fiziki inkişafa və ümumiyyətlə idmana marağını bir daha sübut edir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
 
BAKU.WS