SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşıb.
 
BAKU.WS-in məlumatına görə, A qrupundakı 9-cu oyununa çıxan türklər Çex Respublikasını 2-0 məğlub edərək çox önəmli 3 xal qazanıb. 

Qrupu üçüncü olaraq tamamlayıb "play-off" turuna qala bilmək üçün Hollandayla rəqabət aparan Türkiyə yığması bu dəfə istəyinə səfərdə nail olub. Rəqibinin Qazaxıstanı 2-0 hesabı ilə məğlub etməsindən sonra yalnız qələbə üçün meydana çıxan türklər Çex Respublikasını səfərdə 2-0 məğlub edərək qrupdakı yerini qoruyub. 

Olduqca gərgin keçən matçın ikinci yarısında Selçuk İnan penaltidən tapdığı qolla (62-ci dəq.) önə keçən Türkiyə yığması növbəti qolu 79-cu dəqiqədə atıb. Arda Turanın möhtəşəm pasını qolla tamamlayan Hakan Çalhanoğlu hesabı 2:0-a gətirib. 
 
ŞAHİN Həbibov
BAKU.WS