SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Koreyanın Mungyeong  şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. 

BAKU.WS-in məlumatına görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Bu gün başlayan yunan-Roma güləşi yarışlarının ilk günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər mübarizə aparır. 
 
80 kq çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala qədər inamlı güləşib. İlk görüşdə Estoniyadan HardoTuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) güləşçimizin qarşısında xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun (4:1) qələbəsi ilə nəticələnib və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olacaq.

80 kq
1/8 final - Rafiq Hüseynov - Hardo Tuts (EST) 8:2
1/4 final - Julius Mateuzeviçus (LTU) - Rafiq Hüseynov 0:4
1/2 final - Rafiq Hüseynov - Sargis Koçaryan (ARM) 4:1
FİNAL - Rafiq Hüseynov -Yevgeni Saleev (RUS) (saat 13:00)

Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki, sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.
 
ŞAHİN Həbibov
BAKU.WS