SİZİN REKLAM BURADA!
055 213 76 73


 

AFFA-nın Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından əldə etdiyi gəlir açıqlanıb.

BAKU.WS AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 204 min 691 manat təşkil edib. Bura bilet və "SkyBox” satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Almaniya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:1.
 
BAKU.WS