SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
İtaliya yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana səfər edib. 

BAKU.WS-in məlumatına görə, dünən gecə Bakıya gələn İtaliya komandası hava limanından qalacaqları otelə gediblər. 
 
İtaliya yığması artıq ilk məşqinə də çıxıb. Heyətində tanınmış ulduzlar olan komandanın məşqi qismən mətbuata açıq olub.  
 
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Oyununun hakimləri də müəyyənləşib:
 
Baş hakim: William Collum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damien MacGraith (İrlandiya), Francis Connor (Şotlandiya)
Dördüncü hakim: Alastair Mather (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobby Madden, (Şotlandiya), John Beaton (Şotlandiya)
 
ŞAHİN Həbibov 
BAKU.WS