SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Almaniyaya uduzmaq da şərəfdi.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı DÇ-2018-in seçmə mərhələsinin martın 26-da Almaniya ilə keçiriləcək ev oyunu haqda fikirlərini açıqlayıb. Abdullayev rəqibin çox güclü odluğunu, lakin yığmamızın mübarizə aparacağını bildirib: "Biz mübarizə futbolu oynamağa çalışmalıyıq. İdmançı mübarizə aparırsa, onun uduzması da şərəf olur. İdmançı meydana arxa çevirib, mübarizə göstərmirsə, ən böyük biabırçılıqdı. Almanlar maşındılar, onlarda dayanmaq yoxdu".
 
Qeyd edək ki, martın 26-dakı Azərbaycan - Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
BAKU.WS