SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulub.

"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilmiş turun mərkəzi görüşünün taleyini bir qol həll edib.

39-cu dəqiqədə Namiq Ələsgərov dəqiq zərbə ilə "Neftçi"yə qələbə qazandırıb - 1:0. Beləliklə, turun bütün qarşılaşmaları meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Bunadək "Kəpəz" "Zirə"ni, "İnter" "Sumqayıt"ı, "Qarabağ" isə AZAL-ı bir qolla üstələyib.

Bu məğlubiyyətdən sonra "Qəbələ" liderliyi əldən verib. Əvəzində "Qarabağ" 48 xala 1-ci pilləyə yüksəlib və ən yaxın izləyicisini 2 xal geridə qoyub. "Neftçi" isə xallarını 23-ə yüksəldərək, yenidən 6-cı pilləyə qayıdıb.

Azərbaycan Premyer Liqası

XXII tur
14 mart (çərşənbə axşamı)

17:00 "Qarabağ” – AZAL - 1:0

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
 
AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Xaqani Məmmədov

"Azersun Arena”

İlk 3 dövrə - 6:0, 1:0 və 2:1
 
BAKU.WS