VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasında "Turan Tovuz” – "Neftçi İK İB” matçının 89-cu dəqiqəsində "Neftçi İK İB” klubunun futbolçusu Sahib Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında "Kəpəz” – "Neftçi İK İB” matçının 74-cü dəqiqəsində "Kəpəz”in futbolçusu Mehdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında "Zirə” – "Neftçi” matçının 84-cü dəqiqəsində "Zirə”nin futbolçusu Murad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra "Neftçi”nin futbolçusu Mehman Mənsimov və "Zirə”nin futbolçusu Ramil Məmmədbağırov dava-dalaşda iştirak etdiklərinə və kütləvi insidentin yaranmasına səbəb olduqlarına görə 5 oyun cəzalanıb. "Zirə” və "Neftçi” klublarına xəbardarlıq olunur, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

U-16 Liqasında "Zirə” – "Vətən” matçının 66-cı dəqiqəsində "Zirə”nin məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında "Kəpəz” – "Qəbələ” matçının 72-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu İbrahim Camalovla Nicat Oruclu və "Kəpəz”in futbolçusu İsmayıl Məmmədov, Fərid Soltanzadə dava-dalaşda iştirak etdiklərinə görə hər biri 5 oyun cəzalanıb.

U-14 Liqasında Kürdəmir Gİİ – "Sabirabad” matçında "Kürdəmir” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında UĞUR FK (Sumqayıt) – UGİM-1 (Sumqayıt) matçında UĞUR FK iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında, UGİM (Neftçala) – Muğan PFK (Salyan) matçının 42-ci dəqiqəsində "Muğan”nın futbolçusu Xəyal Cəfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb.
 
BAKU.WS