VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Xalq artisti Niyaməddin Musayev "Hər şey daxil" verilişinin qonağı olub. 

BAKU.WS axşam.az-a istinadən bildirir ki, müğənni onun mahnılarını oxuyan gənc ifaçılara xəbərdarlıq edib. 

O bildirib ki, bəstələri olduğu kimi yox, fərqli formada səsləndirirlər:

"Mənim mahnılarımı oxuyurlar, çox sağ olsunlar. Amma xahiş edirəm, sözlərini düz oxusunlar, mahnını korlamasınlar. Məndən sonra bu bəstələri gələcək nəsilə onlar çatdıracaqlar. Buna görə diqqətlə yanaşsınlar. Çıxıb sözləri pis oxuyurlar, mənasını bilmirlər, ağızlarına gələni tələffüz edirlər. Dəfələrlə zəng vurub demişəm ki, düzəldin. Bilmədikləri sözü məndən soruşsunlar, kitabdan axtarsınlar. Çıxır oxuyur, sözün deyilməsi ilə fəlsəfi mənası üst-üstə gəlmir. Aranjiman edirlər, mahnı dəyişir. Özlərindən "qəmbərqulu" düzəldirlər".
 
BAKU.WS