SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Sabah saat 18.00-da "Bakcell Arena"da "Neftçi"-"Kəpəz" oyunu baş tutacaq.

BAKU.WS-nin məlumatına görə, "Neftçi" kollektivi sosial şəbəkədə "Neftçi" rəhbərliyi də daxil olmaqla bütün kollektivin oyunun keşiriləcəyi stadionu qardan təmizlədikləri əks olunan şəkillər paylaşılıb. Azarkeşləri sabahkı oyuna dəvət edən "Neftçi" kollektivinin paylaşımını sizə təqdim edirik: 

"Sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" oyununa qədər stadionumuz hazır vəziyyətə gətiriləcək. Bu gün rəhbərlik başda olmaqla bütün "Neftçi" kollektivi arenanın qardan təmizlənməsi üçün gücümüzü səfərbər etmişik. Dünəndən başlayaraq indiyə kimi çoxlu sayda azarkeş bizə müraciət edərək yardımlarını təklif edirlər. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk. İndiki halda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb".

Arzu Mirzəyeva
BAKU.WS