SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın məşhur qarışıq döyüş növləri (MMA) döyüşçüsü, yüngül çəkidə UFC-nin keçmiş çempionu Həbib Nurmaqomedov Melbet Birinci Liqası çərçivəsində mayın 8-də “Anji Arena”da Mahaçqalanın “Dinamo” və “Ximki” klubları arasında keçirilən görüşdə iştirak edib.

Əvvəlcədən topa ilk simvolik zərbəni Həbibin vurması planlaşdırılıb. Lakin Nurmaqomedov bundan imtina edərək, bu hüququ Böyük Vətən Müharibəsi veteranı, Dağıstandan olan uzun ömürlü İbrahim Paşa Sadıqova verib.

“Santyaqo Bernabeuya uçmağı düşünürdüm, amma yenə də "Anji Arena"ya getməyə qərar verdim. Yenə də bu, bütün dağıstanlılar üçün mövsümün ən vacib oyunu idi. “Dinamo”nu təbrik edirəm”, – Nurmaqomedov qeyd edib.

BAKU.WS
QALEREYA