SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. 

"Report"un məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru nəqliyyat və qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib. 

O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik". 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 
 
BAKU.WS