SİZİN REKLAM BURADA!
055 213 76 73


"Beşiktaş" ötən gün yollarını ayırdığı Fernandu Santuşa təzminat ödəyəcək.

BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə xitam verdiyi üçün ona 500 min avro təzminat verəcək.

Bunu klubun vitse-prezidenti Onur Köçmez açıqlamasında deyib.

Qeyd edək ki, Santoş klubla 16 matça çıxıb. Klub 7 qələbə qazıb, 4 heç-heçə edib və 5 görüşdə uduzub. "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Klubdan verilən açıqlamada bildirilib ki, komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

BAKU.WS