SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” klubunun rəsmi instaqram hesabı Qara Qarayevə dəstək məqsədilə paylaşım.

BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:

“Gedilən yolun da ağı, qarası var. Eynən formamız kimi. Önəmli olan ağ-qara günündə bu formanın haqqını vermək və çiyin-çiyinə dayanmaqdır”.

Xatırladaq ki, 2 aprel tarixində Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Qarabağ” qarşılaşması Ağdam təmsilçisinin 0:4 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun ardından “Qarabağ”ın “İmarət” fan klubu ilə Qara Qarayev arasında gərginlik yaşanıb.

Onu da qeyd edək ki, komandaların cavab qarşılaşması aprelin 24-də keçiriləcək. Qalib komanda "Qəbələ" - "Zirə" cütündəki üstün tərəflə üz-üzə gələcək. 

BAKU.WS
VİDEO