SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın əfsanəsi Fernando Muslera "sarı-qırmızılılar" ilə 500-cü rəsmi matçına çıxmağa hazırlaşır.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli qolkiper Super Liqanın 31-ci həftəsində aprelin 2-də "Hatayspor"la matçda meydana çıxacağı təqdirdə buna nail olacaq.

"Qalatasaray" karyerasında 499 rəsmi oyunda forma geyinən Fernando Muslera 2011-2012 mövsümünün əvvəlində İtaliyanın "Latsio" komandasından transfer edilib.

37 yaşlı Muslera "Qalatasaray"da çıxış etdiyi 499 rəsmi görüşdə 533 qol buraxıb.

Uruqvaylı qapıçıya İstanbul təmsilçisində oynadığı matçlarda 3 qırmızı, 54 sarı vərəqə göstərilib.

Fernando Muslera "Qalatasaray"da ən çox rəsmi oyun keçirən əcnəbi futbolçu adına sahibdir.

Futbolçu "sarı-qırmızılılar"ın heyətində 6 dəfə Superliqa, 4 dəfə Türkiyə kuboku və 5 dəfə TFF Superkubokunu qazanaraq 15 kuboku başı üzərinə qaldırmağı bacarıb.

Bu rekordun əvvəlki sahibi "Qalatasaray"ın əfsanəvi futbolçularından olan George Haqi olub.

BAKU.WS