SİZİN REKLAM BURADA!
055 213 76 73


29 ildir Almaniya Bundesliqa komandalarından biri olan "Frayburq"da müxtəlif vəzifələrdə çalışan məşqçi Kristian Ştrayx mövsümün sonunda komandanı tərk edəcək.

BAKU.WS-in məlumatına görə, Streyx bu barədə klubun saytında açıqlama verərkən danışıb.

"Uzun müddət düşündüm və çox insanla müzakirə apardım. İnanıram ki, 29 ildən yeni insanlara və yeni imkanlara yer açmağın vaxtıdır", - o, deyib.

Futbolçu karyerası ərzində "Frayburq"da da çıxış edən 58 yaşlı Ştrayx 1995-ci ildə klubun infrastrukturunda məşqçi kimi fəaliyyətə başlayıb.

1996-cı ildə "Frayburq"un 19 yaşadək futbolçulardan ibarət komandasına baş məşqçi təyin olunan Kristian Ştrayx 2007-ci ildə A komandasının köməkçi məşqçisi, 2011-ci ildə isə baş məşqçi olub.

BAKU.WS