VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
FIFA tərəfindən əslən Azərbaycanlı olan Renat Dadaşovun Azərbaycan millisinin heyətində oynamasına icazə verilib.
 
BAKU.WS-in məlumatına görə, bu qərar AFFA-nın müraciətindən sonra reallaşıb. 
 
Almaniyanın U-17 və U-19 yaşadək yığmalarında forma geyinmiş futbolçu Azərbaycanda keçirilmiş Avropa çempionatında da iştirak edib. 
 
Almaniya yığmasında hücumçu mövqeyində oynamış futbolçu 20 rəsmi oyunda 17 qol vuraraq adını tanıdıb. Futbolçu hazırda "Ayntraxt Frankfurt"un U-19 komandasında forma geyinir. Futbolçunun tranfer qiyməti 200 min avrodur.  
 
Şahin Həbibov
BAKU.WS