SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beşqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız Rafael Ağayev Fransada uşaqlara karate seminarı keçib. 
 
BAKU.WS-ə açıqlama verən idmançı İspaniyada və Fransada olduğunu və gənc istedadlarla görüşdüyünü bildirib. İdmançımız hər seminarda 100-dən çox uşağa döyüş sənəti barədə danışdığını qeyd edib. 
 
"Karatenin Maradonası" Rafael Ağayev döyüş sənətinin sirrlərini uşaqlara öyrədib. Videodan da göründüyü kimi yüzlərlə gənc idmançı həmyerlimizi görə bilmək üçün və onunla şəkil çəkdirmək üçün bir-biri ilə yarışıb.
 
Həmyerlimizin dünyanın bir çox ölkəsindən olan uşaqlara dərs keçməsi azərbaycanlılar üçün çox qürurverici haldır. 
 
Şahin Həbibov
BAKU.WS