SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının pley-off mərhələsində "Qalatasaray"-"Sparta Praqa" oyunundan sonra argentinalı futbolçu Mauro İkardinin hərəkəti gündəmə gəlib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, matçın final fitindən sonra İkardi soyunub-geyinmə otağına yollanıb.

"Sarı-qırmızılılar" qalibiyyət sevinci üçün oyunda böyük rol oynayan Musleranı çağırıb.

Daha sonra İkardi çağırışları edən azarkeşlərin istəyi boşa çıxıb.

Onun bu addımı sosial mediada trend mövzusuna çevrilib.

Qeyd edək ki, "Qalatasaray" "Sparta Praqa"nı 3-2 hesabı ilə məğlub edərək, Çexiya klubuna qarşı 5-ci rəsmi matçında 2-ci qələbəsini qazanıb.

Daha əvvəl 4 dəfə Çexiya təmsilçisi ilə qarşılaşan İstanbul təmsilçisi 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətə imza atıb.

Təxminən 27 ildən sonra rəqibi ilə yenidən qarşılaşan "Qalatasaray" qalib gələrək qələbə sayını bərabərləşdirib.

Bildirə ki, Mauro İkardi bu mövsüm rəsmi yarışlarda qollarının sayını 19-a çatdırıb.

Argentinalı hücumçu matçdan sonra heç nə paylaşmayıb.

BAKU.WS