SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının "Əl Əhli" komandasında çıxış edən Türkiyə millisinin futbolçusu Merih Demiral İtaliya nəhəngi "Milan"ın maraq dairəsinə düşüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Milan" Demiralın 10 milyon avro maaşını ödəyə bilmədiyi üçün futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Merih Demiral "Əl Əhli" komandasına "Atalanta"dan 16,6 milyon avroya transfer olunmuşdu. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 7 oyun keçirib və 421 dəqiqə meydanda olub. "Əl Əhli" zədədən yeni dönən Merih Dəmiralı icarəyə götürməyə hazırdır.

BAKU.WS