SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Türkiyə Super Liqasının XVII həfətəsində keçirilən "İstanbulspor" - "Trabzonspor" matçı zamanı oyunçularına meydançanı tərk etmək göstərişi verən "İstanbulspor" klubunun prezidenti Ecmel Faiq Sarıalioğluna komandanın futbolçusu Simon Delinin reaksiyası hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, Simon Deli Ecmel Faiq Sarıalioğlunun qarşısında diz çökərək onu oyuna davam etməyə razı salmağa çalışıb.

Lakin "İstanbulspor" klubunun fil dişi sahilli futbolçusunun cəhdi uğursuz alınıb. 

Xatırladaq ki, İstanbul təmsilçisinin 74-cü dəqiqədə meydanı tərk edib. Buna səbəb matçın 67-ci dəqiqəsində cərimə zərbəsinin təyin edilməməsinə etiraz edən "İstanbulspor" klubunun prezidentinin futbolçulara stadionu tərk etmək barədə göstəriş verməsi olub.

BAKU.WS
VİDEO

QALEREYA