VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
AFFA "Feyenord"un U-19 və U-21 komandalarında çıxış edən Ozancan Kökcü AFFA-dan təklif alıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yanvarın 7-də U-21 millimizin Antalyada start götürəcək təlim-məşq toplanışına dəvət edilib.

Kökcüyə Türkiyə millisindən də təklif gələcəyi gözlənilirdi. Ancaq Türkiyə Futbol Federasiyasından təklif olmadığı üçün o, Azərbaycan yığmasında oynamağa razılıq verib.

Qeyd edək ki, Kökcünün "Feyenord"la müqaviləsi bu mövsümün sonu başa çatır. Gənc futbolçu dünən "Mançester Siti"dən təklif alıb. Onun xidmətində "Latsio" da maraqlıdır. Lakin Hollandiya klubu Kökcüylə yeni müqavilə imzalamaq istəyir.