SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubunda debüt edib.

29 yaşlı qolkiper “Kasımpaşa”ya qarşı oyunun 19-cu dəqiqəsində meydana daxil olub. Belə ki, qapıçı Ertaç Özbirə qırmızı vərəqə göstərildiyi üçün Məhəmmədəliyev meydana çıxıb. 

Qarşılaşma “Kasımpaşa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Adana Demirspor”dan hər iki qolu Ş.Məhəmmədəliyev buraxıb. 

BAKU.WS
VİDEO