SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

“Report”un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan Amin Şıxalıyev turnirdə üçüncü yeri tutub.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 9 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

BAKU.WS